Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bir ölkənin gələcəyi o gənclərin alacağı təhsilə bağlıdır

0

  •         Son dövrlər, iki qardaş ölkə arasında bir çox sahələrdə olduğu kimi uğurlu layihələrin həyata keçirildiyi təhsil sahəsində əməkdaşlıqda da yeni səhifə açılır. 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva etməklə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsi və bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisaslarının veriləcəyi nəzərdə tutur. Nəticədə ölkənin peşə ixtisası üzrə ehtiyaclarına uyğun müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasında Türkiyə təcrübəsindən yararlanmaqla bu sahədə elmi-texnoloji yeniliklərin tətbiqi sürətlənəcək. Protokol çərçivəsində təsis olunacaq müəssisələrin xüsusiyyətləri, sənədə görə tərəflərin öhdəlikləri, müəllim, işçi heyətinin, maddi-texniki bazanın təşkili prinsiplərinə önəm veriləcək. Sənədə əsasən tələbələrin ikili diplomlarının tanınması hökumətlər arasında bir ilk təcrübə kimi yüksək dəyərləndirilir.         Azərbaycan hər zaman Türkiyəni öz yanında hiss edib. Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir. Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.        Gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu addımlar çox uğurla və qətiyyətlə atılır. Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Ümid edirəm ki, təhsil sahəsində aparılacaq islahatlar, görüşlər Qarabağımızda təhsilin daha möhkəm təməl üzərində qurulacağından xəbər verir.Ziya ƏLİYEV,Xocalı rayon ziyalısı 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib44 dəfə
    Bir ölkənin gələcəyi o gənclərin alacağı təhsilə bağlıdır

    Maraqlı gələ bilər
    45
    390
    49